USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ay ərzində nə qədər dollar satılır?

29.10.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin sentyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 83 milyon 10 min ABŞ dollarının xalis satışını həyata keçirib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “Kommersant.az” a verilən məlumata görə, ardıcıl yeddinci aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. Sentyabr ayında banklar tərəfindən əhaliyə 237 milyon 262 min dollar satılıb, bu müddətdə isə əhalidən 154 milyon 253 min dollar alınıb.

Avqust ayı ilə müqayisədə xalis nağd dollar satışında 4,6 dəfə azalma qeydə alınıb. Belə ki, bu müddətdə nağd dollar alışı 2%, satışı isə 2,3 dəfə azalıb.