USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda nə qədər bank kartı var? - REKORD

29.10.2018 Bank
0 0
2018-ci ilin sentyabr ayının sonunda cəmi ödəniş kartlarının sayı 6 milyon 357 min ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “Kommersant.az”a verilən məlumata görə, avqust ayı ilə müqayisədə sentyabrda cəmi ödəniş kartlarının sayı 133 min ədəd artıb. Bu, 2018-ci ildəki ən böyük aylıq artımdır. Belə ki, yanvar ayında artım 20 min ədəd, fevralda 70 min ədəd, martda 43 min ədəd, apreldə 89 min ədəd, mayda artım 50 min ədəd, iyunda 40 min ədəd, iyulda 62 min ədəd, avqustda isə 50 min ədəd təşkil edib.

Avqust ayı ilə müqayisədə sentyabrda sosial kartların sayı 42 min ədəd artaraq 2 milyon 547 min ədədə, əməkhaqqı kartlarının sayı 11 min ədəd artaraq 1 milyon 941 min ədədə çatıb. Digər debet kartlarının sayı 29 min ədəd artaraq 982 min ədədə, kredit kartlarının sayı isə 51 min ədəd artaraq 887 min ədədə qalxıb.

Ötən ilin sonu ilə müqayisədə isə bu ilin 9 ayı ərzində cəmi ödəniş kartlarının sayı 557 min ədəd, o cümlədən sosial kartların sayı 12 min dədə, əmək haqqı kartlarının sayı 114 min ədəd, kredit kartlarının sayı 264 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 167 min ədəd artıb