USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar ucuzlaşır

10.05.2018 Bank
0 0
İnflyasiya Apreldə aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.5% artıb

ABŞ-da istehlakçı qiymətləri indeksi (inflyasiya) avtomobil qiymətlərinin düşməsi ilə proqnozdan aşağı artıb. Əmək Nazirliyinin məlumatlarına görə, inflyasiya Apreldə aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.5% artıb.

"Kommersant.Az" xəbər verir ki, proqnoz aylıq 0.3%, illik 2.5% artım olacağı istiqamətində idi.

Baza inflyasiya aylıq 0.1%, illik müqayisədə isə dəyişməyərək 2.1% artıb. Proqnoz aylıq 0.3%, illik 2.1% artım idi.

Proqnozdan aşağı olan inflyasiya, Fed-in gələcək aylarda hədəfinə çatacağı ehtimalını azaldıb.

Məlumatın açıqlanmasından sonra Dollar mühüm valyutalar qarşısında dəyərdən düşüb. Avro/Dollar məzənnəsi 1.1912 səviyyəsinə qalxıb. Dollar Avro qarşısında 0,5% ucuzlaşıb.

ABŞ Ticarət Nazirliyinin 30 Apreldəki göstəricisi, Fed-in təqib etdiyi inflyasiya göstəricisinin Martda 1.9% artaraq 2%-lik hədəfə yanaşdığını göstərmişdi.