USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB (Azərbaycan) aksiya qalibini mükafatlandırdı

29.10.2018 Bank
0 0
Bank VTB (Azərbaycan) “Yeni nəsil Kontakt seçir” aksiyasının sentyabr üzrə qalibini müəyyən edib.

Bankdan "Kommersant.az"a daxil olan məlumata görə, Contact təcili pulköçürmələri sisteminin keçirdiyi aksiyanın qalibi Bank VTB (Azərbaycan)-ın Neftçilər filialının müştərisi Elşad Əhmədov olub. Hədiyyə qismində qalibə səyahət sertifikatı təqdim olunub.

Contact sistemi vasitəsilə ən azı 250 manat (və ya digər valyuta ekvivalentində) məbləğində “Pul köçürmə” xidmətindən istifadə edən müştərilər aksiyanın avtomatik olaraq iştirakçısına çevrilir.

Qalib, hər ay lotereya vasitəsilə müəyyən edilir. Aksiya, 30 noyabr 2018-ci il tarixədək davam edəcək. Aksiyanın şərtləri və hədiyyələrin alınması barədə ətraflı məlumatı Contact pul köçürmə sisteminin saytından əldə etmək mümkündür.

Beynəlxalq pul köçürmə sistemi Contact vasitəsilə pul vəsaitini həm ölkə daxilinə, həm də xaricə göndərmək olar. Köçürmələr manat, rubl, dollar və avroda həyata keçirilir.