2018-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 23 milyon 506,9 min manat təşkil edib.
"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 4 milyon 427,4 min manat və ya 23,21% artım müşahidə edilib.
Sığorta ödənişlərinə gəlincə, bu ilin yanvar-sentyabr aylarında bu göstərici 2 milyin 912,7 min manat olub ki, bu ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 559,2 min manat və ya 23,76% çoxdur.
Ümumilikdə bu ilin 9 ayında daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər daxilolmaların 12,39%-ni təşkil edib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə sığorta haqlarının həcmi 224,5 min manat, ödənişləri 72,6 min manat təşkil edib. Bu, bir il əvvəl ilə müqayisədə müvafiq olaraq 6,85% və 3,2 dəfə çoxdur.