0
0
Dünya kriptovalyuta bazarında bu saatlarda kütləvi bahalaşma müşahidə olunur
"Kommersant.Az" xəbər verir ki, mayın 11-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 94-ü bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 319 dollar və ya 3,4% ucuzlaşaraq 9003 dollara enib.
Son bir həftə ərzində isə bitkoin 621 dollar və ya 6,4% ucuzlaşıb.
Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 27 dollar və ya 3,5% ucuzlaşaraq 731 dollar olub.
Son həftə ərzində isə Ethereum 47 dollar və ya 6% ucuzlaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma 0x-da(5,06%), ən çox ucuzlaşma isə Nexo-da(18,06%) müşahidə olunub.