USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kapitalın artırılması prosesi son mərhələdədir - "AccessBank"ın SƏDRİ

31.10.2018 Bank
0 0
""AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir".

"Kommersant.az" xəbər verir ki, "AccessBank"ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib:

"Sevindirici haldır ki, Bankın əksər maliyyə göstəriciləri artım nümayiş etdirməkdədir. Bilirsiniz ki, depozit portfelimizdəki artım bir növ ənənə halını alıb və biz əmanətini bizə etibarən edən hər bir müştərimizə təşəkkür edirik. Mən kredit portfelindəki artıma da xüsusilə toxunmaq istərdim. İqtisadiyyatdakı canlanma maliyyə sektoruna və xüsusilə onun onurğa sütununu təşkil edən bankların fəaliyyətinə də müsbət təsirini göstərir. Biz əhalinin və biznesin kreditə olan tələbatının artmasını müşahidə edirik və inanıram ki, bu artım davamlı olacaq. Qeyd edim ki, "AccessBank"ın nizamnamə kapitalının artırılması prosesi son mərhələdədir. Bu amillər bizə qədəm qoyduğumuz yeni dövrdə daha da möhkəmlənməyə imkan verəcək".

KAPİTALINI 140 MİLYON MANAT ARTIRIR

Xəbər verdiyimiz kimi, bu yay “AccessBank"ın Səhmdarlarının Ümumi Yığıncağında bankın nizamnamə kapitalının 140 milyon manat məbləğində artırılması barədə qərar qəbul olunub. Proses yekunlaşdıqdan sonra Bankın nizamanmə kapitalı 2 dəfə artaraq 280 milyon 258 min manata qalxacaqdır.

Marja