USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya Bankının hesabatında Azərbaycanın yeri - SƏBƏBLƏR AÇIQLANDI

01.11.2018 Bank
0 0
"Dünya Bankının 2019-cu il üçün "Bizneslə Məşğul olmaq" hesabatında Azərbaycanın mövqeynin kəskin yaxşılaşması nə ilə bağlıdır?"

"Kommersant.az" xəbər verir ki, bu suala cavab olaraq iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Bankın hesabatına əsasən, Azərbaycan bu ilki qiymətləndirmədə dünya üzrə 25-ci yerdədir və qlobal olaraq ən islahatçı 10 ölkə siyahısına daxildir:

"Siyahıda ölkəmiz MDB dövlətləri arasında ən yaxşı göstəriciyə malikdir. Hesabata görə, Azərbaycan 2017/2018-ci illərdə 8 islahat həyata keçirərək tədirlərin sayına görə ilk onluqda birincidir. Türkiyə 7 islahat ilə ikincidir. Dünya Bankının qiymətləndirmələrinə görə, bura tikinti üçün icazənin verilməsi üçün bir pəncərə sisteminin formalaşması, elektrik əldə etmək üçün ASAN xidmətdən faydalanmaq imkanının yaranması, yeni kredit bürosunun yaradılması, əmlak qeydiyyatının asanlaşması kimi fəaliyyətlər daxildir."