Rusiya Bankı (Mərkəzi Bank) ölkədə fəaliyyət göstərən banklardan birinin lisenziyasını ləğv edib, digərinin isə lisenziyasını geri çağırıb.
"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumata görə, lisenziyası ləğv edilmiş bank aktivlərinin həcminə görə sektorda 115-ci olan "Sankt-Peterburq Beynəlxalq Bankı", lisenziyası ləğv edilmiş bank isə aktivlərinin həcminə görə 334-cü yerdə qərarlaşmış və əmanətlərin sığortalanması sisteminin iştirakçısı olan “İnkarobank”dır.