USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Bankdan bankomat - AÇIQLAMASI

02.11.2018 Bank
0 0
Azərbaycan Beynəlxalq Bankı Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 3C ünvanında yerləşən bankomatının fəaliyyətini dayandırması barədə "Kommersant.az"-da getmiş məlumata aydınlıq gətirib.

"Kommersant.az" xəbər verir ki, Bankın mətbuat xidmətinin açıqlamasına görə, bankomatın fəaliyyətini müvəqqəti dayandırması onun yerləşdiyi mağaza binasında təmir işlərinin aparılması ilə bağlı olub:

"Təhlükəsizlik və texniki amilləri nəzərə alaraq təmir müddətində bankomatın fəaliyyətində fasilə verilib. Binada təmir işləri artıq yekunlaşıb və bu gündən etibarən bankomat işə salınacaq".