USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan metro işçilərinə 18%-lə kredit

05.11.2018 Bank
0 0
Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank, Bakı Metropoliteninin istismara verilməsinin 51-ci ildönümü və 8 noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.

"Kommersant.az" xəbər verir ki, bank 5 noyabr tarixindən etibarən "Bakı Metropoliteni" QSC-nin əməkdaşlarına xüsusi güzəştli şərtlərlə nağd kreditlər təklif edir. Kampaniya ərzində 3 aydan 36 ay müddətinə qədər rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 18%-dən başlayır. Həmçinin, kredit üzrə komissiya xərclərinə 50 faiz güzəşt nəzərdə tutulub. Verilən kreditin maksimal məbləği 10 000 AZN-dir.

Kampaniya 30 noyabr tarixinə qədər davam edəcək.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.