USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Muğanbank" nizamnamə kapitalını artırır

07.11.2018 Bank
0 0
"Muğanbank" ASC-nin Səhmdarların Ümumi Yığıncağı keçirilib.

"Kommersant.az" Banka istinadla xəbər verir ki, iclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın Nizamnamə Kapitalının 10 mln AZN artırılması qərara alınıb.

Yerləşdirmədən sonra "Muğanbank" ASC-nin nizamnamə kapitalı 85 mln AZN-dən 95 mln AZN-dək çatdırılacaq.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.