"VTB (Azərbaycan)" müştəriləri nağd vəsaitlərini "Azər Türk Bank" bankomatlarında mədaxil edə bilər
"Kommersant.az"a "VTB (Azərbaycan)"dan verilən məlumata görə, bank, müştərilərinə "Cash-in" funksiyası vasitəsilə "Azər Türk Bank" bankomatlarından kart hesablarına əlavə komissiyasız nağd pul vəsaitini əlavə etmək imkanı verir.
Bundan başqa, "VTB (Azərbaycan)" müştəriləri "Azər Türk Bank" bankomatlarında olan "CardtoCard", parolun alınması, "3D Secure", "SMS-xəbərdarlıq" kimi əlavə xidmətlərdən də istifadə edə bilər.
Hazırda "VTB (Azərbaycan)" kart istifadəçiləri ölkə ərazisində "NIKOIL Bank" və "Azər Türk Bank" kimi yerli bankların 45 -dən çox bankomatlarından yararlana bilər. Eləcə də "VTB (Azərbaycan)" Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı "VTB" qrupun banklarına aid bankomatlarından pul vəsaitlərin banklararası komissiya tutulmadan nağdlaşdırılma xidmətini təklif edir.