USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azər Türk Bank" Bayraq günü münasibətilə yeni kampaniyaya başladı

08.11.2018 Bank
0 0
"Azər Türk Bank" ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edir və bununla əlaqədar olaraq yeni kampaniyaya start verir.

"Kommersant.az" banka istinadla xəbər verir ki, kampaniya ərzində "Azər Türk Bank"da 12 aydan artıq müddətə istehlak məqsədilə rəsmiləşdirilən nağd pul kreditlərinin illik faiz dərəcəsinə 3% həcmində endirim ediləcək. Kreditin maksimal məbləği 20 000 AZN-dir. Qeyd edək ki, müştərinin əmək haqqından asılı olaraq 10 000 manatadək, yaxud məvacibinin üç misli həcmində kreditlər zaminsiz verilir.

Kampaniya 30 noyabr tarixinədək davam edəcək.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.