28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin tapşırığına uyğun olaraq 50.000 ABŞ dolları məbləğində vəsait humanitar məqsədlərlə İndoneziya tərəfinə təqdim edilib.
"Kommersant.az" Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, yardımı qəbul edən məsul qurum qismində Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi, göstərilən humanitar dəstəyə görə Azərbaycan xalqına və rəhbərliyinə İndoneziya Respublikası adından minnətdarlığını bildirib.
Qeyd edək ki, bu, Azərbaycanın İndoneziyaya cari il ərzində sayca ikinci humanitar yardımıdır.