ABŞ Mərkəzi Bankının (FES) Sankt Luis şöbəsinin sədri Ceyms Bullard, FES-in faiz artırmasının riskli olduğunu bildirib
"Kommersant.Az" xəbər verir ki, inflyasiyanın çox artmasının riskli olmadığını qeyd edən Bullard, inflyasiya hədəfinin (2%) bir az aşılmasında problem görmədiyini deyib. Bullard FES-in faiz artırmağa tez başladığını, bunun da inflyasiyanı aşağı saxladığını dilə gətirib.
Bullard iqtisadiyyatın çox yaxşı olduğunu qeyd edib.
Bu il pul siyasətini müəyyən edən FOMC-da səsvermə hüququ olmayan Bullard əvvəlki müsahibələrində faiz atırmaqda çox sürətli hərəkət etdiklərini bildirmişdi.