Azərbaycan bank sektorunun müştəri bazası bu il aprelin 1-nə 5 961 018 nəfər təşkil edib
“Kommersant.Az” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, aylıq müqayisədə 48 950 nəfər və yaxud 0,8%, ilin əvvəlinə nisbətən 188 978 nəfər və yaxud 3,3%, illik müqayisədə isə 422 574 nəfər və yaxud 7,63% çoxdur.
Hesabat tarixinə bank müştərilərinin 5 870 236 nəfəri və yaxud 98,5%-i fiziki şəxslərin payına düşüb.