USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank notlarına tələb 3,4 dəfə artdı - Həcm 250 mln. təşkil edib

14.11.2018 Bank
0 0
14 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100472S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Kommersant.az" bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 manat (7.76%) ilə 99.4004 manat (7.76%) arasında olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 858,99 mln. manat olnub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 manat (7.76%), orta ölçülmüş qiyməti 99.4004 manat (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250.000.000 manat təşkil edib.