"Azərbaycan Beynəlxalq Bankı"nın Süleyman Sani Axundov 3C ünvanında yerləşən bankomatı cari ayda fəaliyyətini dayandırmışdı.
"Kommersant.az" xəbər verir ki, cari ay ərzində fəaliyyət göstərməyən "ABB"nin bankomatı noyabr ayının 3 -də fəaliyyətini bərpa etmişdi. Bank isə rəsmi açıqlamasında, təhlükəsizlik məsələsinə görə bankomatın fəaliyyətini müvəqqəti dayandırdığını bildirmişdi.
Hazırda sözügedən ünvanda "ABB"nin bankomatının yenidən fəaliyyətini dayandırması bu səfər təhlükəsizlik məsələsi deyil texniki məsələ olduğu öyrənilib.