USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu banklar vergidən azad olunacaq

19.11.2018 Bank
0 1
Bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 164-cü maddəsinə (Vergi ödəməkdən azad edilmə) təklif edilən 164.1.36 bəndinə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Banker