USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar ucuzlaşacaq

19.11.2018 Bank
0 0
Dünyanın və ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” gələn ildən ABŞ dollarının ucuzlaşacağını proqnozlaşdırır.

"Kommersant.az" xəbər verir ki, bankın mütəxəssislərinin fikrincə, ola bilər ki, ABŞ dolları 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində bir qədər yüksəlsin, çünki ən azı Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldıracağı gözlənilir.

Ümumilikdə isə mənfi faktorlar nəticəsində dolların ucuzlaşması ehtimalı daha yüksəkdir. "Goldman Sachs" hesab edir ki, 2019-cu ildə avronun bahalaşması daha çox gözlənilir, lakin burada rol oynayan yeganə mənfi amil İtaliya büdcəsidir. Analitiklər bahalaşmaqda olan funt sterlinqə də diqqət çəkməyi məsləhət görüblər.

Qeyd edilib ki, Latın Amerikası ölkələrinin milli valyutaları 2019-cu ildə inkişaf etməkdə olan digər ölkələrin milli pul vahidlərinə nisbətən daha güclü mövqeyə malik olacaqlar.

"Kanada, Avstraliya və Yeni Zelandiya dollarının, İsveç kronunun və İsrail şekelinin qısa müddətdə dəyər qazanması da mümkündür", - deyə proqnozda qeyd olunub.

2019-cu il üzrə proqnoz:

Valyuta nisbətləri

3 aylıq proqnoz

6 aylıq proqnoz

EUR/USD

1,12

1,17

GPB/USD

1,32

1,38

AUD/USD

0,75

0,75

NZD/USD

0,70

0,71

USD/CAD

1,27

1,26

USD/JPY

112

110

oxu