USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankın adı dəyişdirilir

22.11.2018 Bank
0 0
"Bank Silk Vey” ASC müştərilərinə müraciət edib.

“Kommersant.az” xəbər verir ki, sabahdan etibarən "Bank Silk Vey” ASC-nin adı dəyişdirilərək "Premium Bank" ASC olacaq.

Xatırladaq ki, "Bank Silk Vey" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azal Bank"ın hüquqi varisidir. Bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya, 15,2%-i daxil olduğu "Silk Vey Holdinq” MMC-nin tərkibindəki "VİP Aviasiya Xidmətləri” MMC-yə, 0,3%-i isə Elçin Eldar oğlu Əhmədova (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.