USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollarları manata çevirmək lazımdır - SƏDRDƏN TƏKLİF

22.11.2018 Bank
0 0
Hazırda Azərbaycan banklarında 5 milyard manata yaxın izafi likvidlik var və bu vəsaitlərin böyük hissəsi dollarda saxlanılır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) İdarə Heyətinin sədri Zakir Nuriyevin sözlərinə görə, bu əlavə vəsaitin iqtisadiyyata, mikromaliyyə təşkilatlarına ötürülməsində çətinliklər var.

“Banklardakı likvid vəsaitin böyük hissəsi xarici valyutadadır. Son devalvasiyalar göstərdi ki, kreditlərin dollarda verilməsi müəyyən çətinliklər yarada bilir. Konfransda Palatanın rəhbərliyindən iştirak edən olduğunu nəzərə alaraq bildirmək istəyirəm ki, yığılmış dollar vəsaitlərinin manata konvertasiyası və ya manatla svop edilməsi kimi əməliyyatların aktivləşdirilməsi çox əhəmiyyətli olar. Çünki ölkədə vəsait çatışmazlığı deyil, yığılmış izafi vəsaitlərin iqtisadiyyata ötürülməsi problemi var”.