USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda "körpü" bankların yaradılması qaydaları təsdiq edildi

23.11.2018 Bank
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsi Qaydaları”nı təsdiq edib.

Qaydalara əsasən körpü bank ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin müvəqqəti idarə edilməsi məqsədilə yaradılır.

Şərtlərə görə, körpü bank MPNP tərəfindən yaradılır və onun yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın nizamnamə kapitalı 4 min manat təşkil edəcək və Palata tərəfindən formalaşdırılacaq.

Körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. Müvəqqəti inzibatçı bankın dayanıqlı fəaliyyət göstərməsini təmin etməli, bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması, habelə bankın mənfəətliyinin artırılması istiqamətində tədbirlər görməlidir.

Körpü bank nəzərdə tutulmuş müddət (6-9 ay) ərzində satılmadıqda, Palata körpü bankın bank lisenziyasının ləğvi üçün müvafiq tədbirlər görməlidir.

Qaydalara görə, körpü bank tənzimləyicinin razılığı ilə depozitlər qəbul edə, kreditləri restrukturizasiya edə bilər. Körpü bank yeni kreditlər verə bilməz.