USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk Lirəsi yenidən dirçələ bilər

23.11.2018 Bank
0 0
30-dən çox ölkəni əhatə edən maliyyə xidmətləri qrupu "Nomura" Dollar/TL məzənnəsinin 5 səviyyəsinə düşə biləcəyini gözləyir.

"Nomura"nın strateqi Henrik Gullberg Lirənin yaxşı performans göstərməsinin səbəblərindən birinin inflyasiyanın yaxın aylarda düşəcəyi gözləntisi olduğunu bildirib. Gullberg "İnflyasiyanın bir qədər də aşağı düşdüyünü görməyimiz lazımdır, buradakı yaxşılaşma TL üçün həlledici olacaqdır",- deyib.

Dünən "Rabobank"ın İnkişaf edən bazarlar üzrə strateqi Piotr Matys isə "Dollar/TL məzənnəsinin bu həftə 5.28-dən aşağı səviyyədə bağlansa daha çox azalma görülə bilər" proqnozunu vermişdi.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 18:00-da Dollar/TL məzənnəsi 5.2737 səviyyəsini görüb.