"Goldman Sachs" hesabatında neft və qızılda uzun mövqe almaq üçün cəlbedici giriş nöqtələri olduğunu bildirildi
Qlobal investisiya bankı "Goldman Sachs", Bazar ertəsi günkü hesabatında xam əmtələr üçün ən yaxşı 10 "trading" fikrini sıralayıb.
"Kommersant.az" xəbər verir ki, qurum investorlara "Neft, qızıl və əsas metallarda uzun mövqe almaq üçün (alış etmək üçün) həddən artıq cazibədar giriş nöqtələri olduğu" tövsiyəsini verib.
Qurumun hesabatında, "Əsas göstəricilər ilə müqayisədə əmtəə qiymətlərində pozulmanın ölçüsünü nəzərə aldıqda neft, qızıl və əsas metallarda uzun mövqe almaq üçün həddən artıq cazibədar giriş nöqtələri olduğunu düşünürük",- deyilir.
"Goldman Sachs" neftinin qiymətinin xərcindən aşağı endiyini qeyd edib.
Goldmanın hesabatında, "G - 20" görüşünün, Çin - ABŞ əlaqələrinin və OPEC-in hasilatın azaldılması planının mübahisəli olması səbəbindən qiymətlərdə sıçrayış üçün katalizator ola biləcəyi qeyd olunub.
Uzun (Long) mövqe - birjada qiymətin artacağı düşünülərək alış aparılmasıdır.
Qısa (Short) Mövqe - qiymətin düşəcəyi gözləntisi ilə satış edilməsidir.