USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu bankomatlarda əlavə faiz tutulmayacaq - SİYAHI

28.11.2018 Bank
0 0
VTB (Azərbaycan) Bank of Baku ilə tərəfdaşlıq sövdələşməsi imzalayıb.

Bundan sonra VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankın bankomat və POS-terminalları vasitəsilə nağdlaşdırma əməliyyatını əlavə komissiyasız həyata keçirə bilər.

Beləliklə, VTB (Azərbaycan) kart istifadəçiləri "NIKOIL Bank", "AzərTürk Bank" "Bank of Baku" kimi yerli bankların 90-dan çox bankomatlarından yararlana bilər. Bundan başqa, VTB (Azərbaycan) müştərilərinə Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən pul vəsaitlərini banklararası komissiyasız nağdlaşdırmağa imkanı verir.

“Bankın qarşısında duran əsas məsələlərdən biri ödəniş kartları xidmətlərini daim yaxşılaşdırmaqdır. Tərəfdaş bankların terminalları vasitəsilə bankomat şəbəkəsinin genişləndirilməsi VTB (Azərbaycan) kart sahibləri üçün yalnız paytaxtda deyil, eləcə də bölgələrdə bank xidmətlərindən yararlanma imkanlarını artıracaq”, – deyə bank VTB (Azərbaycan)-ın ödəniş kartları idarəsinin rəisi Gülşən Əfəndiyeva bildirib.