USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta ödənişləri 2,6 milyon manat təşkil edib

29.11.2018 Bank
0 0
İstehsalatda baş verən bədbəxt hadisələrə görə 2,6 mln. manat sığorta ödənişi verilib.

"Kommersant.az" xəbər verir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 30 mln. 243,7 min manat təşkil edib. Bu, yanvar-sentyabr aylarındakı göstəricidən 2 mln. 247,6 min manat və ya 8,03%, ötən ilin eyni dövründəki göstəricidən isə 1 mln. 434,3 min manat və ya 4,99% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 597,2 min manat olub ki, bu da yanvar-sentyabr ayı ilə müqayisədə 236,9 min manat və ya 10,04% çoxdur, bir il əvvəlki göstəricidən isə 34,9 min manat və ya 1,33% azdır.

Ümumilikdə, yanvar-oktyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,59%-ni təşkil edib.