USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...

27.02.2019 İnşaat və Əmlak
0 0
Bu ilin yanvar ayında Bakıda mənzillərin qiyməti ucuzlaşıb.

Bunu "Kommersant.az"a "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov Trend-ə bildirib ki, Bakıda təkrar mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.41 faiz artıb.

Ekspert bildirib ki, ilkin mənzil bazarında da ay ərzində qiymətlər ucuzlaşıb. Beləki, ilkin mənzil bazarında 1.27 faz, il ərzində isə 9.3 faiz artım müşahidə edilib.

N.İbrahimov bildirib ki, yeni ilin ilk ayında məzillərin qiymətinin ucuzlaşması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır. Onun sözlərinə görə, ilin ilk ayında ənənəvi olaraq bazarda aktivlik düşür, lakin sonrakı aylarda yenidən canlanma başlayır.

Qeyd edək ki, 2018-ci ilin son ayında isə Bakıda mənzil bazarında qiymətlərdə artım qeydə alınmışdı. Belə ki, ötən ilin dekabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə artım 1.76 faiz, ilkin mənzil bazarında isə 6.11 faiz təşkil edib.

  • Əvvəlki

    “Bakı Metropoliteni” “Bakmil” stansiyasını istismara verməyə hazırlaşır

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0