USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bakının daşınmaz əmlak bazarında qiymətlərin 6-7% artacağını gözləyirik"

15.03.2019 İnşaat və Əmlak
0 0
2019-cu ilin fevral ayında Bakının daşınmaz əmlak bazarında qiymət indikatoru yanvar ayının sonuna nisbətən 2,14% azalıb.

Bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov məlumat verib.

Hesabat ayı ərzində ilkin və təkrar mənzil bazarı istisna olmaqla bazarın demək olar ki, bütün seqmentlərində qiymət artımı müşahidə olunub. "Fevral ayında torpaq bazarında qiymətlər 0,03%, mənzillərin icarə qiyməti 1,7%, kommersiya obyektlərinin qiyməti 0,67%, icarə qiyməti isə 3,43% bahalaşıb", - deyə mənbə bildirib.

Eyni zamanda, təkrar mənzil bazarı 1,72%, ilkin mənzil bazarı 1,16% ucuzlaşıb.

N.İbrahimov qeyd edib ki, bazarda qiymətlərin dəyişməsi və yanvar-fevral aylarında sabit artımın olmaması normal haldır. "Bazar adətən yazda canlanmağa başlayır və buna görə də yeni ilin ilk iki ayı ərzində bazarda cüzi azalma olmasına baxmayaraq, ilin yekunları üzrə qiymətlərin 6-7% artacağını gözləyirik", - deyə ekspert vurğulayıb.