USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid ailələrinə 800 mənzil veriləcək - Prezident açıqladı

01.05.2019 İnşaat və Əmlak
0 0
Bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı bildirib ki, bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub.

“Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur.

Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Fins.az

  • Əvvəlki

    Samir Şərifov ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edir

Digər xəbərlər

26.12.2024 İnşaat və Əmlak
Xocalıda teleqüllə inşa ediləcək
0 0
24.12.2024 İnşaat və Əmlak
Rasim Məmmədov əmlaklarını geri istəyir
0 0
03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0