USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslər evi ola-ola mənzil istəyir - AMEA siyahı yaydı

07.06.2019 İnşaat və Əmlak
0 0
Yataqxanada yaşadığı dövrdə adlarına mənzil olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının adları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, AMEA-nın məlumatında deyilir ki, son günlər bəzi əməkdaşlar rəhbər dövlət orqanlarına və mətbuata akademiya rəhbərliyinin ünvanına iftira dolu yazılar göndərərək, ictimai fikir gücündən istifadə etməklə öz qanunsuz əməllərini kölgədə saxlamaq və mənzil əldə etmək istəyirlər.

Həmin əməkdaşların belə davranışına cavab olaraq AMEA evi ola-ola mənzil əldə etmək istəyən şəxslərin siyahısını hazırlayıb.

Qeyd edək ki, son bir neçə aydır AMEA-da mənzil bölgüsü ilə bağlı qalmaqallar səngimək bilmir. Əməkdaşları AMEA-nı ədalətsiz mənzil bölgüsündə ittiham edir, qurum isə onları saxtakarlıqda ittiham edir.

Ona