USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu torpaqlarda tikintiyə icazə üçün xidmət haqqı ödəniləcək

15.06.2019 İnşaat və Əmlak
0 0
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar ayrılarkən sifarişçi tikintiyə rəy verilməsi üçün xidmət haqqı ödəyəcək.

Bununla əlaqədar Nazirlər Kabinetinin "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”na əlav edilib.

Bu əlavəyə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə sifarişçi Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən edilən qaydada xidmət haqqı ödəyir.

Qeyd edək ki, bu qaydaya əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə əlaqədar texniki-iqtisadi göstəricilərin və digər sənədlərin hazırlanması, razılaşdırılması, tərtibatı və sair xərclər sifarişçinin vəsaiti hesabına həyata keçirilir (Trend).

  • Əvvəlki

    Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Digər xəbərlər

03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0