Bu ilin yanvar-iyun aylarında Bakı şəhəri üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 2,7 mlrd. manata yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.
"Kommersant.az" Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ilin birinci yarısında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,5%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,3%-i əsaslı təmir, 5,4%-i cari təmir, 19,8%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,5%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Məlumata əsasən, şəhər üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin əsas hissəsi (616,6 mln. manat, 0,5%-lik azalma) Nəsimi rayonunun payına düşüb.
Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri: