USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MTK nizamnamə kapitalını azaltdı - 84 DƏFƏ

13.06.2018 İnşaat və Əmlak
0 0
“Badamdar Kanion” mənzil-tikinti kooperativi nizamnamə kapitalının 84 dəfə - 500 manatadək azalması barədə elan edib.

Bu barədə şirkətin elanında deyilir.

MTK-nın nizamnamə kapitalı 42 milyon 19,7 min manat təşkil edib.

Şirkət nizamnamə kapitalının azalması səbəblərini qey etmir.

“Badamdar Kanion” MTK “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının layihəsidir.

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası “Badamdar Kanion” adlı nəhəng mənzil tikintisi layihəsini də həyata keçirməyi planlaşdırırdı. Böyük Bakı ərazisində salınacaq yaşayış kompleksində 16-26 mərtəbəli 32 bina tikiləcəkdi. Binalarda 406 min kvadratmetrə yaxın yaşayış sahəsi olacaqdı.

İnterfaks-Azərbaycan