USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yasamal RİH-dən “Tri Koronı”da aparılan tikinti işləri ilə bağlı müəmmalı - AÇIQLAMA

20.07.2020 İnşaat və Əmlak
0 0
Yasamal rayonu, “Üç Tac” yaşayış kompleksi ətrafında yerləşən gölün (gölməçə) tikinti aparılması məqsədilə qurudulması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələylə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, 2015-ci ildən bu vaxta qədər həmin gölün doldurularaq qurudulması daim nəzarət altında saxlanılıb və həmin ərazidə tikinti işlərinin aparılmasına dair hər hansı icazə sənədi olmadığından bundan söhbət belə gedə bilməz: “Yasamal rayonu A. Abbasov küçəsi 25 ünvanda yerləşən “Lake Residence” MMC-nin xüsusi mülkiyyətində olan boş əraziyə ətraf ərazidə yaşayan sakinlər tərəfindən atılmış zibil tullantıları nəticəsində ərazi baxımsız vəziyyətə düşüb. Qeyd olunan ərazi MMC-nin xüsusi mülkiyyətində olduğundan İcra Hakimiyyəti tərəfindən zibil tullantılarının təmizlənməsi, ərazinin abadlaşdırılması ilə bağlı bir neçə dəfə rəhbərliyinə müraciət edilib. 1 ay öncə ətraf ərazidə yaşayan sakinlər tərəfindən ərazinin təmizlənməsi ilə bağlı məsələ qaldırıldıqdan sonra Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həmin ünvanda təmizlik işləri aparılıb və ərazidən 8 maşın zibil tullantıları daşınıb. MMC də öz növbəsində mülkiyyətində olan ərazinin abadlaşdırılması ilə bağlı əraziyə müəyyən texnika cəlb edib, lakin sakinlərin hazırkı müraciətindən sonra İcra Hakimiyyəti tərəfindən qeyd olunan işlər dayandırılıb və aparılan işlər yarımçıq qalıb. Eyni zamanda qeyd etmək istəyirik ki, həmin ərazidə yerləşən gölün müxtəlif vasitələrlə doldurularaq qurudulması, həmçinin hər hansı tikinti işlərinin həyata keçirilməsinə hazırlıq görülməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

  • Əvvəlki

    "Bank Respublika" və Avropa Bankından - REAL SEKTORA DƏSTƏK

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0