USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Həyət evlərinin qiymətində fantastik artım - Səbəb nədir?

10.08.2020 İnşaat və Əmlak
0 0
Yay mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, Bakıda və bölgələrdə kirayə qiymətləri yüksəkdir.

"Kommersant.az" Trend-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə bu il bağ evlərinin kirayə qiymətləri 2-3 dəfə artıb. Qiymət artımı ən çox Bakıda hiss olunur. Tətbiq olunan karantin rejimi, rayonlara gediş-gəlişin məhdudlaşdırılması Bakıda istirahət etmək istəyənlərin bağ evlərinə təlabatını artırıb. Təlabatın artdığını görən əmlak sahibləri isə qiymətləri yüksəldirlər.

Hazırda Bakıda bağ evlərinin günlük kirayə qiymətləri ən ucuz 150-200 manatdan başlayır. Bağ evinin qiyməti evin yerləşdiyi əraziyə, hovuzun böyüklüyünə, avadanlıq təchizatına və dənizə yaxınlığına görə dəyişir.

Bağ evini aylıq kirayələmək istəyənlər isə daha çox xərc çəkməlidirlər. Bakıda bağ evlərinin aylıq ən ucuz kirayə qiymətləri 2 min manatdan başlayır və 14 mindən də yuxarı qiymətlərə də rast gəlmək olur.

Bölgələrdə isə Bakıya nisbətdə daha münasib qiymətlərə kirayə mənzil tapmaq mümkündür.

Ölkə əhalisinin ən çox üz tutduğu bölglərimizdən olan Qəbələdə kirayə evlərin günlük qiyməti 100-300 manat arası təşkil edir. Daha yüksək qiymətə də evlər mövcuddur.

Qubada isə Qəbələ ilə müqayisədə qiymətlər daha ucuzdur, burada günü 50 manata da bağ evi tapmaq mümkündür. Digər istirahət üçün əlverişli bölgələrimizdə də qiymətlər bu civardadır.

Qeyd edək ki, kirayə bağ evlərində qiymətlər sövdələşmədən asılı olaraq da dəyişə bilir. Belə ki, ev sahibləri qalacağınız günün sayının çoxluğuna görə qiymətdə müəyyən qədər endirim də təklif edirlər.

  • Əvvəlki

    Lənkəranda 40 ildən artıqdır təmir görməyən məktəb - FOTO/VİDEO

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0