USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Əcəmi-18" cərimələndi

13.08.2020 İnşaat və Əmlak
0 0
“Əcəmi-18” Mənzil Tikinti Kooperativi (MTK) inzibati qaydada cərimələnib.

"Kommersant.az" xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin yazdığı protokola əsasən şirkətin 22 500 manat cərimə edilməsi barədə qərar çıxarıb.

“Əcəmi-18” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.Report