USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qurban Məmmədovun evləri boşaldılır - FOTO

05.09.2020 İnşaat və Əmlak
0 0
Qurban Məmmədovun Nərimanov rayonu ərazisindəki evlərini boşaldırlar.

"Kommersant.az" xəbər verir ki, bu barədə İsmayıl İslamoğlu adlı şəxs sosial şəbəkə hesabında məlumat verib.

İ.İslamoğlu qeyd edib ki, hazırda Q.Məmmədovun qızlarını evdən çıxarırlar.

Qeyd edək ki, xaricdə mühacirətdə yaşayan və öz şəxsi telekanalı ilə Azərbaycan hakimiyyətinə qarşı “qara piar” kampaniyası aparan Qurban Məmmədov şəxsi əmlakını qeyri-qanuni yollarla artırmaqda ittiham olunur.

Ona bu işdə AMEA-nın prezidenti Ramiz Mehdiyev, Prezidentin İctimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov və Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin yardım etdiyi iddia edilir.

Adıçəkilən şəxslər, həmçinin Qurban Məmmədovla sövdələşmədə, əməkdaşlıqda, onu dəstəkələməkdə, adıçəkilən şəxsin şəxsi əmlakının qeyri-qanuni yollarla sənədləşdirilməsində ittiham edilirlər.

Dominant