USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəxsi və ipoteka predmeti olan evlərin satışı ilə bağlı yeni tələb

21.06.2018 İnşaat və Əmlak
0 0
Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə tərəflərdən birinin digərinə ödəməsinin hansı halda notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçiriləcəyi müəyyənləşib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə 5 min 500 manatdan artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

İpoteka predmetinin satışına dair də prosedur müəyyənləşib. İpoteka saxlayanın razılığı ilə, o cümlədən ipoteka saxlayanla ipoteka qoyanın notariat qaydasında təsdiq edilmiş razılaşması üzrə ipoteka predmeti satılarkən, əldə olunan vəsait notariusun depozit hesabı vasitəsilə qanunvericiliyə uyğun olaraq bölüşdürüləcək

Apa

  • Əvvəlki

    Lisenziyası ləğv edilmiş şirkət ödənişlər həyata keçirir

Digər xəbərlər

03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0