USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zəlzələ zamanı Bakının ən təhlükəli əraziləri... - Ekspert açıqladı

20.02.2023 İnşaat və Əmlak
6 5
"Hesab edirəm ki, zəlzələ zamanı infrastruktur və yerləşmə baxımından daha təhlükəli yerlər Yeni Yasamal və Həzi Aslanov əraziləridir".

Bu sözləri Komersant.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Zəlzələ zamanı hansı ərazilərdə tikilən binalar üçün daha çox təhlükə var" sualını cavablandırarkən deyib.

Ekspert bildirb ki, Bakıda hansı ərazilərin seysmik cəhətdən təhlükəli oduğunu daha çox müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyi deyə bilər:

"Ancaq mən infratruktur və yerləşmə baxımından deyə bilərəm ki, bu ərazilər daha çox Yeni Yasamal və Həzi Aslanov ərazilərdir. Çünki bu ərazilərdə binalar bir-birinə həddən artıq yaxın, çox sıx tikilib. Eyni zamanda həmin binaların tikintisi yol infrastrukturunun üzərindən, piyada səkilərindən başlayır. Bu da təbii ki, zəlzələ, fövqəladə vəziyyət halında təhlükəsizlik baxımından həmin ərazilərdə ciddi problemlər yaradaraq, təxliyyə imkanlarını məhdudiyyətləşdirə bilər".

  • Əvvəlki

    Hollandiya rus diplomatlarını casusluq səbəbiylə deportasiya edəcək

Digər xəbərlər

26.12.2024 İnşaat və Əmlak
Xocalıda teleqüllə inşa ediləcək
0 0
24.12.2024 İnşaat və Əmlak
Rasim Məmmədov əmlaklarını geri istəyir
0 0
03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0