USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kristal Abşeron" zəlzələ fəlakətindən nəticə çıxarmadı: Əyilmiş binanın sakinləri təşvişdə - VİDEO

14.03.2023 İnşaat və Əmlak
18 3
“Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi var. Tribunainfo.az yazır ki, binanın əyilməsi bir yana, indi də şirkət problemi aradan qaldırmaq üçün binanın divarlarında deşiklər açıb, bərkitmə işləri aparıb. Bu üsulla əyilmiş binanı düzəltməyə çalışan şirkəti nə orada yaşayan sakinlər, nə də baş verə biləcək faciə maraqlandırır.

Hətta Türkiyədə baş verən dəhşətli zəlzələ və onun nəticələri də gözünü pul örtmüş “Kristal Abşeron” kimi tikinti şirkətlərinin rəhbərlərini narahat etmir. Məcburiyyətdən sözügedən binada yaşayan sakinlər köçəcək yerləri olmadığı üçün əyilmiş binada qalıblar. Ancaq tələbləri ondan ibarətdir ki, bina tez bir zamanda sökülsün.

Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb edir. Deputat bildirib ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır. Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, əyilən, çatı olan, problemli binalar sökülməlidir. Onun sözlərinə görə, Bakıda bu iş çox ləng aparılır: “Bakıda kifayət qədər qəzalı bina var və hər birində də minlərlə sakin var. Bunların hamısı sökülməlidir. Bu gün söküntü işlərini dövlət deyil, özəl sektor aparır. Onlar da əsasən hansı söküntüdən onlara daha çox gəlir gəlirsə, birinci o binaları sökürlər. Türkiyədəki zəlzələdən sonra binalarda monitorinqlər aparılacağı deyildi. Ancaq hələ ki, belə yoxlamanın aparıldığı gözə dəymir.

Bakı şəhərində “Kristal Abşeron” şirkətinə məxsus əyilmiş bina kimi həddən artıq təhlükə altında olan bina var. Eynə bu bina kimi onlarla bağlı da heç bir tədbir görülmür. “Qobu Park-2” kompleksində əyilmiş bina ilə bağlı FHN yoxlayıb və rəy verib ki, bina təhlükəli deyil. Ancaq belə açıqlamalar hansısa faciə zamanı təhlükənin qarşısını almır. İnsanlar orada yaşamağa ehtiyat edirlər”.

Ekspert bildirib ki, sözügedən yaşayış kompleksində bina digər binadan gözəçarpacaq dərəcədə aralanıb. Bunun qarşısını alınmasa faciə böyük ola bilər: “Bərkidilmə işləri aparıla bilər. Ancaq təəssüf ki, şirkətin tikdiyi bina şəhərdən aralı olduğu üçün laqeyd münasibət var. Bina şəhərin mərkəzində olsaydı, çoxdan tədbir görülmüşdü. Tikinti şirkəti hesab edir ki, onun işi binanı tikib təhvil verməkdir. Tək bu bina deyil, bunun kimi şəhərdə əyilmiş, qəzalı, təhlükəli minlərlə bina var. Şəhərdə binalar bir-birinə çox yaxındır. Əyilmiş binanın sökülməsinə qərar verilsə belə, bu özü də əlavə problem yaradacaq. Ona çox yaxın neçə bina var ki, bu əyilmiş binanın sökülməsini çətinləşdirəcək. Həmçinin həmin ərazi seysimik cəhətdən aktiv zonadır. Aşağı ballı təkanlarda belə faciə qaçılmaz ola bilər”.

  • Əvvəlki

    Xarici investorlar mobil rabitə bazarına niyə buraxılmır? - AÇIQLAMA

Digər xəbərlər