USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün dağlar belə partladılır - VİDEO

14.03.2023 İnşaat və Əmlak
15 0
Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə hamarlaşdırılmasının görüntüləri yayılıb.

Kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.

Xatırladaq ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metr olacaq.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetr nəzərdə tutulur və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə 6 təyyarə dayanacağı inşa ediləcək.

Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.