USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sənədsiz 40 min əmlaka “kupça” veriləcək

15.03.2023 İnşaat və Əmlak
11 21
Azərbaycanda sənədsiz əmlaklara çıxarış veriləcək.

Kommersant.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunaraq, plenar iclasa tövsiyə olunub.

Dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin çıxarış (kupça) ilə təmin ediləcək. Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq tikintisi sözügedən məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.

Digər dəyişikliklər ilə istismar prosedurlarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur.

Müzakirələrdə növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Ölkə.az