USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakıda kifayət qədər tikinti üçün yararsız olan yerlərdə tikilən evlər var” - Ramil Osmanlı

15.03.2023 İnşaat və Əmlak
36 19
“Bəli, o fikirlər ilə razıyam ki, Bakıda kifayət qədər, belə deyək də, tikinti üçün yararsız olan ərazilərdə tikilən evlər var”.

Bu sözləri Kommersant.az-a Milli Məclisin deputatı Tahir Rzayevin “Kristal Abşeron”a məxsus Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində yerləşən problemli bina haqqında səsləndiridyi fikirləri şərh edərkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı səsləndirib.

Ramil Osmanlı onu da əlavə edib ki, təssüflər olsun ki, Bakıda bir çox əlverişsiz olan ərazilərdə tikinti işləri aparılıb və təəssüflər olsun ki, müvafiq icra hakimiyyəti orqanlarıda bu prosesə göz yumublar:
“Və ya bu prosesdə bu ya digər formada iştirak ediblər”.

Ekspert onu da əlavə edib ki, əgər həqiqətən belə problem varsa və məsələyə biraz daha diqqət ilə yanaşılsa bu binalar sökülməlidir.

“Yəni təhlükəsizlik baxımından çox ciddi problemlər varsa, binalar həddən artıq bir birinə yaxın tikilib, keyfiyyətli tikilməyibsə onlar sökülməlidir”.

Ekspert onu da əlavə edib ki, belə tikinti aparılan ərazilər həddən artıq çoxdur:

“Və təəssüflər olsun ki, bununla bağlı son illərdə baxmayaraq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarət icrası edilib, amma o qrunt suların axıdıldığı ərazilərin, doldurularaq tikinti işlərinin aparılması halları xeyli çoxalıb”.

Binaların belə problemli ərazilərdə tikilməsinin səbəblərini şərh edərkən Ramil Osmanlı onu da əlavə edib ki, torpaq sahələri, əlverişli ərazilər azaldıqca bu cür ərazilərə meyl artır, belə hallar çoxalır:

“Bu məsələlərə də necə icazə verildiyi tək mənə deyil, bütün ictimaiyyətə məlumdur. Lakin neqativ hadisələrə, neqativ proseslərə göz yumulduqca, bu cür hallara bu və ya digər formada icazə verildikcə bu hallarda artır.”

Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Rzayev Pravda.az-a açıqlamasında “Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində aşma təhlükəsi ilə üz-üzə qalan 16 saylı binanın yerləşdiyi ərazi tarixən bataqlıq, göl olduöunu, belə bir yerdə çoxmərtəbəli binaların tikilməsi əslində qanunauyğun olmadığını bildirib.

Deputat onu da əlavə edib ki, uzun müddət su yığınağı olan yerin təmizlənib yerində bina tikilməsi insanların həyatına təhlükə yaradır. Onun fikrincə vətəndaşlar narazılıqlarında haqlıdırlar və bu məsələyə çox ciddi reaksiya verilməlidir: ““Kristal Abşeron”dan soruşulmalıdır ki, niyə orada bina tikib. Axı belə yerlərin seçilməsi uyğun deyil. Sürüşmə zonasında da xeyli binalar tikilib. Həmin ərazilərdə yaranan problemləri uzun müddət aradan qaldırmaq mümkün deyil. Ev tikənlər özlərinin xeyirləri üçün başdansovdu iş görürlər”.

  • Əvvəlki

    Sahibkarlığın inkişafındakı problem maliyyə məsələsi ilə bağlıdır - MİLLƏT VƏKİLİ

Digər xəbərlər

04.09.2024 İnşaat və Əmlak
Azadlıq prospektində təmir yekunlaşdı - VİDEO
0 0
09.08.2024 İnşaat və Əmlak
Bakının 28 May küçəsi təmir olunur
0 0