USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kristal Abşeron"un inşa etdiyi tikililərə doğru nəzarət edilmir - Sabiq deputat

15.03.2023 İnşaat və Əmlak
18 3
"Bakı şəhərində və ətraf qəsəbələrdə, xüsusən Xırdalanda, Biləcəridə tikintilər Şəhərsalma Məcəlləsinə və Tikinti Məcəlləsinə uyğun aparılmayıb. Hamı da bundan şikayətçidir, səkiləri zəbt edilib və onsuz da yüklənmiş şəhərdə əlavə yüklənmə aparırlar".

Kommersant.az xəbər verir ki, bunu iqtisadçı alim, sabiq deputat Nazim Baydəmirli deyib.

Sabiq deputat "Kristal Abşeron" şirkətinin inşa etdiyi binaların vəziyyətini tənqid edib.

O, sözügedən binaların əksəriyyətində parkinq yerlərinin nəzərdə tutulmadığını söyləyib:

"Ümumiyyətlə, hər hansı yanğın və digər məsələlərlə bağlı maşınların girməyi çətinləşib. Dəfələrlə bunu sosial media resurslarında izləmişik və əksər binaların həm xarici görünüşü, həm də üslubu çox bərbad vəziyyətdədir. Şəhər sakini olaraq biz onların bir çoxlarını görürük.

Eyni zamanda, sakinlərin özləri layihələrdən kənar müxtəlif rekonstruksiya işləri apararaq divarları zədələyir, həmçinin əlavə olaraq balkonlar çıxarılır. Hətta, sovet vaxtı tikilən binalarda da qeyri-yaşayış sahəsində müxtəlif pozuntular olur. Bunlar hər yerdə var, çünki rayon icra hakimiyyətləri buna qazanc mənbəyi kimi baxırlar. Bundan da qaynaqlanaraq sözügedən problemlər ortalığa çıxıb. Keyfiyyətin, nəzarətin olmaması indiki vəziyyətə gətirib.

"Kristal Abşeron" şirkətinin inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksi ilə bağlı görünən vəziyyət odur ki, bu cür tikililərə doğru nəzarət edilmir. Ona görə də bu cür acınacaqlı vəziyyət ortaya çıxıb".

Demokrat.az