USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu mənzillərlə bağlı dövlət reysterinin olması vacibdir” - Elnur Fərzəliyev

02.05.2023 İnşaat və Əmlak
17 6
“Vətəndaşların aldadılması halları baş verməməsi üçün mütləq alqı-satqı qaydalarına yenilik olmalıdır”.

Bu sözləri Kommersant.az-a yeni tikili binalarda bir mənzilin bir neçə şəxsə satılması haqqında danışarkən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyev deyib ki, ölkəmizdə yeni tikili binaların inşası başlanandan bu günə qədər iş prosesi eyni qayda ilə gedir, alqı-satqı prosedurları eyni aparılır:

“20 ildən artıqdır ki, Azərbaycanda tikinti sahəsi inkişaf edir. Yeni binalar inşa olunur. Vətəndaşlar həmin binalardan müqavilə yolu ilə mənzillər alırlar. Vətəndaş şirkətdən mənzil alarkən vətəndaşla şirkət arasında müqavilə bağlanır. Şəxs mənzil üçün rüsum pulu ödəyir. MTK-dan pulu tam ödədiyi ilə bağlı ona maliyyə arayışı verilir, yaxud borcun qalığı ilə bağlı alqı-satqı müqaviləsi verilir”.

Elnur Fərzəliyev qeyd edib ki, Azərbaycanda MTK -lar tərəfindən aldadılmış 5000-dən artıq şəxs var:

“Təəssüflər olsun ki, Azərbaycanda tikinti sahəsinin bu qədərin inkişaf etməsinə baxmayaraq, alqı-satqı prosedurları rəsmi formada aparılırmır. Yəni bütün alqı-satqılar yalnız MTK-lar tərəfindən aparılır. Bu baxımdan bir şəxs hər hansı bir tikinti şirkətindən mənzil almaq istəyirsə, həmin şirkətin mənzil siyahısı ilə bağlı reystr aparan qrum olmadığına görə, yalnız ətrafdan soruşa. bilir həmin şirkəti. İnsanlar tilinti şirkətlərinə etibar etmir. Daha çox binanın tikilib bitərək çıxarışla təmin olunmasını gözləyirlər. Bir mənzili bir neçə nəfərə satan şirkətlər binaların tikilməsini uzadırlar”.

Ekspert qeyd edir ki, tikinti şirkətlərinə öz işlərini sürətlə görmək üçün şərait yaradılmalıdır, onları vergilərdən də azad etməlidirlər ki, evlərin qiyməti ucuzlaşsın:
“Tikinti şirkətləri üçün yaşıl işıq verilməlidir, bir şərtlə ki, alqı-satqını MTK deyil, hər hansı bir rəsmi qurum aparsın. Həmin MTKlarda qalan mənzillərlə bağlı mütləq dövlət reysteri olmalıdır. Mənzil alan şəxs ilk öncə yoxlamalıdır ki, bu mənzili mənə təklif edirlər, bu mənzil MTK-nın yaxud başqa şəxsindir”.

Elnur Fərzəliyev əlavə olaraq bildirb ki, əgər bu cür hallarla qarşılaşıb zərər çəkmiş şəxslər varsa, onlar məhkəmə orqanlarına müraciət etməlidir:
“Lakin uzun illər çəkən məhkəmə çəkişmələri olur ki, mənzilin indiki sahibi kim olursa ona verilir, digər şəxslər isə mənzil sahibi ola bilmir. Lakin onlar da bəzən hansısa formada mənzillə təmin olunur, bəzən MTK sahiblərinin əmlakları müsadirə olunur, onların pulu geri qaytarılır”.