USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu qərar iki tirəliyə şərait yaradacaq - Əmlak eksperti yeni qərardan danışır

05.05.2023 İnşaat və Əmlak
35 9
“Daşınmaz əmlakların sığortalanması üçün ilk öncə həmin əmlakların çıxarışı yəni mülkiyyət hüququnu təsdiqləyən sənəd olmalıdır”.

Kommersant.az xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev daşınmaz əmlakla bağlı “Sığorta radarı” ilə bağlı danışarkən deyib.

Ekspert qeyd edib ki, təkcə Bakı şəhərində 500 mindən artıq çıxarı olmayan fərdi həyət evləri və yeni tikili binalarda çox sayda mənzillər olduğuna görə, bu mənzillər bir mənalı olaraq sığortalanmır:
“ Digər çıxarışlı mənzillərdə də sığortalanma könüllülük pirinsipi əsasındadır.
Kreditlə satışlar zamanı, notarial formada əmlak alqı-satqısı edərkən əmlak sığortası yoxdusa icbari sığorta ilə sığortalanır”.

Elnur Fərzəliyev bildirib ki, əvvəlki illər nisbətən 2021-2022-ci illərdə kreditli yollarla satılan mənzillərin sayı həddindən artıq çox olduğuna görə, bu illərdə əmlakların sığırtalanması sahəsində yüksəliş olaraq, çox sayda əmlak sığortalanıb:

“Əmlakların sığortalanması həm dövlət həm də əmlak sahiblərinin özləri üçün vacibdir. Hər hansısa fors major hadisə baş verən zaman mənzillərin sığortası varsa həmin mənzillərə dəyən zərər qarşılanır.
Nəzərə alsaq ki, Bakı şəhərindəki mənzillərin əksəriyyəti kirayədədir. Əgər vətəndaş əmlakından gəlir əldə edirsə mütləq şəkildə onu sığortalamalıdır ki, gələcəkdə baş verən hadisələr zamanı kirayə qalnal mənzil sahibi arasında məhkəmə çəkişmələri olmasın. Sığorta şirkətləri həmin əmlaka dəymiş ziyanı qarşılayır.
İnsanlarda sığorta anlayışı tam formalaşmadığına, bunun təbliğatı getmədiyinə görə insanlar bu sahəyə maraq göstərmirlər”.

Ekspert vurğulayıb ki, cərimə tətbiq məsələsində mütləq şəkildə digər sənədsiz, çıxarışsız əmlakların sığortalanması ilə bağlı iki tirəliyə şərait yaranacaq:

“Mənzil sahibləri mənzilllərini sığortalamaq istəyir, lakin çıxarış olmadığı üçün sığortalaya bilmir. Burada bu məsələlər diqqət yetirmək lazımdır. Hər bir belə mənzil çıxarışla təmin olunsun, daha sonra bu məcburiyyəti tətbiq eləmək daha doğru olar. Lakin bu qərar vətəndaşın özü üçün faydalıdır. Çünki əmlkların qiymətləri çox bahadlr 100 manat verib bu mənzilləri sığortalamaq elə də bahalı deyil, hətta daha vacibdir”.

Qeyd edək ki, Azərbaycanda icbari sığortalara nəzarəti həyata keçirən qurum- İcbari Sığorta Bürosunun açıqladığı yeni məlumatlara görə, 2022-ci ilin sonuna ölkədə ümumilikdə 151 min ev və mənzil sığortalanıb. Mayın 3-də isə, bu dəfə Mərkəzi Bank sığorta, xüsusilə də mənzillərin icbari sığortasıf ilə bağlı planlarını və bu sahədə gözlənilən yenilikləri açıqladı. AMB-nin baş direktoru Ziya Əliyevin sözlərinə görə, ölkədə qeyri-yaşayış (yəni kommersiya) obyektlərinin sığortalı olub-olmamasına nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Yaşayış evlərinin sığortasına nəzarət isə qanunla rayon icra hakimiyyəti orqanlarına həvalə edilib. Qanuna görə əmlakını sığorta etməyənlərin cərimələnməsi də nəzərdə tutulur, amma indiyədək bu sistemi işə salmaq mükün olmayıb. AMB-nin baş direktoru Ziya Əliyev bildirir ki, evlərin sığorta olunub-olunmadığı elektron şəkildə müəyyən ediləcək. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətini tabeliyindəki Daşınmaz Əmlakın Reyestri Xidməti ilə İcbari Sığorta Bürosu inteqrasiya olunmalıdır: «Bu proses artıq başlayıb yaxın aylarda bitəcək».

Bu birləşmə nəticəsində Azərbaycan Mərkəzi Bankı və İSB ölkədəki bütün qeydiyyat şəhadətnaməli – yəni «kupçalı evləri» görsünlər. Nəticədə həmin evlərin sığortalanması asanlaşacaq. Bu birləşmə başa çatdıqdan və evləri elektron sığortalamaq mümkün olduqdan sonra ikinci mərhələ başlayacaq – yəni sığortasız evləri aşkar etmək sistemi işə düşəcək.

Bunun üçün İSB-nin sistemi ilə bu sahəyə nəzarət edən dövlət orqanlarının, yəni rayon icra hakimiyyətlərinin sistemləri inteqrasiya olunacaq.

  • Əvvəlki

    Dövlətin taksi xidmətini nəzarətə götürməsi mümkün deyil - Ekspert

Digər xəbərlər

03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0