USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bu bina aşa bilər - Uzun müddətdir, tikinti dayandırılıb

11.05.2023 İnşaat və Əmlak
20 5
Bakının Nəsimi rayonunda, “3-cü mikrorayon bazarı” adlanan ərazinin yaxınlığında 2007-ci ildə tikintisi başlanılan dəmir konstruksiyalı çoxmərtəbəli binanın inşası uzun müddətdir, dayandırılıb. Dəmir konstruksiyalar uzun illər ərzində əlverişsiz hava şəraiti, yağışlar nəticəsində korroziyaya uğrayıb. Vətəndaşlar sözügedən binanın, o cümlədən kranın aşma təhlükəsindən narahatdırlar.

Kommersant.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, həmin bina Bakıda zəlzələyə davamlı və az sayda dəmir konstruksiyalı binalardan biridir.

Qeyd olunub ki, sözügedən binanı Azərbaycanın yerli şirkətlərindən biri ilə İrana məxsus şirkət ortaq tikirmiş. Binanın memarı da Azərbaycanda yaşayan iranlı olub. Tikinti üçün krediti də “Bank Melli İran” verib. Lakin qısa vaxt sonra naməlum səbəblərdən inşaat işi dayandırılıb.

Pravda.az məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu göndərib. Lakin üç gün keçməsinə baxmayaraq, RİH tərəfindən mövqe bildirilməyib.

Fövqəladə Hallar Nazirliyinə də sorğu göndərilib.

  • Əvvəlki

    Ərdoğan: İyulda məmurların minimum maaşı 22 min lirəyə çatdırılacaq

Digər xəbərlər

26.12.2024 İnşaat və Əmlak
Xocalıda teleqüllə inşa ediləcək
0 0
24.12.2024 İnşaat və Əmlak
Rasim Məmmədov əmlaklarını geri istəyir
0 0
03.12.2024 İnşaat və Əmlak
"Landmark" 120 milyon manata satışa çıxarılır
0 0
03.12.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil bazarında qiymətlər artıb
0 0
28.11.2024 İnşaat və Əmlak
Nazirlik bu iş adamından 20 ədəd ev alır
0 0