USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sığorta şirkətlərinin göndərdiyi bildirşlər - Qanun nə deyir?

07.06.2023 İnşaat və Əmlak
12 3
İyunun 1dən evlərini sığorta etməyən şəxslərlə bağlı cərimələrin tətbiq olunacağı deyilmişdi.

Lakin iyunun biri olsa da bu cərimələr, yeni qaydalarla bağlı rəsmi qurumlar tərəfindən rəsmi açıqlamalar olmadı.

Ancaq yenə də bəzi sığorta şirkətləri telefonlarımıza evlərimizi sığortalamaqla bağlı mesaj göndərməkdə davam edir.

Sığorta şirkətlərinin bu cür bildiriş göndərmələri doğrudurmu?

Bununla bağlı Kommersant.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, burada heç bir hüquq pozuntusu yoxdur:
“Sığorta şirkətləri bu təklifi etməklə heç bir hüquq pozuntusu etmirlər. Onlar vətəndaşlara müraciət etməklə öz məhsullarını reklam edir, vətəndaşlara xidmət təklif edirlər. Sadəcə sığortsa şirkətləri vəziyyətdən sui-istifadə edib pul qazanmaq istəyirlər”.
Cərimələr haqqında danışan hüquqşünas bildirib ki, cərimələrin tətbiq etmə mexanizmi hələ tam hazır deyil.
”Azərbaycanda daşınmaz əmlak sahiblərinin 80 faizi əmlaklarını sığortalalamamaqla bu qanunu dəstəkləmədəyini göstərir. Bildiyimiz kimi Azərbayca demookratik ölkədir. Konstitusiyamızda yazılıb ki, xalq hakimiyyəti var. Bu qanun 12 ildir var. Xalq 12 ildir daşınmaz əmlaklarını sığortalamır, dövlət də cərimələmir. Deməli, bu qanun faktiki qüvvədən düşmüş kimidi.

Hüquq elmində belə bir termin var- “ölü qanun”. Bu qanun da faktiki ölüdür. Buna görə də mən vətəndaşlara tövsiyyə edirəm ki, bu bildirişlərə indiki dövürdə fikir verməsinlər. Özüm də bəyan etmişəm, bu məsləyə görə kimisə cərimələsələr, ilk mənə müraciət edən şəxsin hüquqlarını ödənişsin müdafiə edəcəyəm”.